Tanrının dilinə susarsan – Vaqif Bayatlıya

Tanrının dilinə susarsan – Vaqif Bayatlıya

Oxu saatı

Vaqif Bayatlıya

bir daxmaya işıq, bizdən iki göy üzü aralı,
bir moruq gecəyə yaraşıq pəncərən.

Sənə bir dərviş adı verdilər,
bu dərviş ayaqyalın gəzir dünyanın ürəyi sınıq yollarında,
çiyinlərində bir ağac ahı,
ruhunda dar ağacının padşahı,
gözlərindən asır bir məsum çiçəyi…

göy üzü pambıq tarlasıdır, başında bir bəyaz arzu,
zirinc ulduzları düşür gözlərinə,
bir tikə çörəyi Tanrının sevgisi bilir,
çinar üzündən öpür bir baharlı hava,
taleyini ovuclarına yığarsan,
Tanrının dilinə susarsan.

bir əlçim səmayla Yer üzünə sevgi səpir,
göz yaşından dəniz düzəldib,
gəmilər üzdürür buludlara.
daş atana gül bağışlayan,
ağlayana çiyin verən,
həzin-həzin səbrinə daş bağlayan,
boğazında bir udum ayrılıq,
dözdükcə böyüyür,
böyüdükcə uşaqlaşır dərviş…

Cavid Fərzəli

Paradiqma

Paradiqma