Oxu saatı Vaqif Bayatlıya bir daxmaya işıq, bizdən iki göy üzü aralı, bir moruq gecəyə yaraşıq pəncərən. Sənə bir dərviş adı verdilər, bu dərviş ayaqyalın gəzir dünyanın ürəyi sınıq yollarında, çiyinlərində bir ağac ahı, ruhunda dar ağacının padşahı, gözlərindən asır bir məsum çiçəyi… göy üzü pambıq tarlasıdır, başında bir bəyaz arzu, zirinc ulduzları düşür gözlərinə,...
