Kateqoriya: Ədəbiyyat

Ana Səhifə Ədəbiyyat
Cavid Fərzəlinin şeiri
Yazı

Cavid Fərzəlinin şeiri

Gecə boyu şeh damlası üzünü soyuq daşa söykəyir. Hər səhər günəşdən yıxılmaq qorxusu çəkir, ovuclarımın uçurumunda. Kim bilir, hansı uçurum öldürür: barmaqlarımın arasında doğranmış hava, fotoşəkildə kəsik düşmüş çiyinlərim… Bilmirəm… Günəş gəzdiyi hər səhərin çiyinlərində qəbiristanlıq salır. Mənsə gecənin işıqlı gözlərində yuxumu axtarıram itmiş bir pəncərənin qırıqları arasında.

İnsanın içindəki yarımçıq cümlələr
Yazı

İnsanın içindəki yarımçıq cümlələr

Bəzən bir yazıçının necə insan olduğunu onun mükafat aldığı gün baş verənlərdən daha yaxşı anlaya bilirik. Enn Karson bu il Nobel Ədəbiyyat mükafatına layiq görüldüyü xəbəri alanda Reykyavikdə, evində idi. Böyük ədəbi hadisələrin müşayiət etdiyi təntənəli ab-havadan uzaqda, mətbəxində iş görürdü. Xəbəri eşidəndə təəccübünü gizlətməmişdi. Mükafatdan sonra nə edəcəyini soruşanda isə telefonunu kənara qoyub meşədə...

“Səni unutmaq üçün Günəşi gözləyirəm…” – Nigar Arif
Yazı

“Səni unutmaq üçün Günəşi gözləyirəm…” – Nigar Arif

GÜNƏŞİ GÖZLƏYİRƏM Bir gün sən gəldin həyatıma, Elə gözəl idin ki, Yerin hərarətindən Göylər tərlədi. Adına “Yağış” dedilər. O gündən bəri İslandığım ən güclü, Ən unudulmaz yağış oldun… Və mən hələ də Səni unutmaq üçün Günəşi gözləyirəm… NİYƏ QAYITMISAN? Yavaş-yavaş sevgi də, çökdü-çökdü dərindən Öldürüb hisslərimi su kimi torpağına çəkdi-çəkdi dərindən… Parça-parça ümidlər Düşüb göydən...

Sevgi şəhəri – Babək Məmmədlinin hekayəsi
Yazı

Sevgi şəhəri – Babək Məmmədlinin hekayəsi

Paradiqma Babək Məmmədlinin “Sevgi şəhəri” hekayəsini təqdim edir. Sofiye səhər ertədən bişirdiyi südlü sıyığı götürüb evdən çıxdı. Gedəcəyi yerlə aralarında vur-tut iki ev vardı. Yuxudan durandan canını bürümüş vəsvəsəni bircə ehtimal “yemləyirdi” – onun cəsədi ilə qarşılaşmaq. Ünvana çatıb dayandı, dizlərinin əsməsi də dayandı, yalnız ürəyi ilə bacarmadı – hələ də uçunurdu. Xaç çevirə bilmədi,...

Derbi qurbanı: Plastmas qayçı ilə başlayan həqiqi faciə
Yazı

Derbi qurbanı: Plastmas qayçı ilə başlayan həqiqi faciə

Paradiqma Vüsal Bağırlının “Derbi” adlı yazısını təqdim edir. “Bərbər kürsüsündən qalxan insan təkcə yeni saç düzümünə deyil, həm də yeni həyat tərzinə qovuşur” (Koko Şanel) Divanda oturub futbola baxırdım. Mavi ekranda İtaliya çempionatı göstərilirdi. “Tifozi” adlanan azarkeş kütləsiylə ağzınadək dolmuş və hər iki kluba məxsus olan şərikli arenada bir futbol tamaşası oynanılır, canlı yayımda “İnter”...

Dörd-beş nəfəri çıxmaqla, heç kimin ədəbiyyat dərdi yoxdur
Yazı

Dörd-beş nəfəri çıxmaqla, heç kimin ədəbiyyat dərdi yoxdur

Paradiqma Vüqar Vanın yazıçı Rəşad Səfər ilə söhbətini təqdim edir. Vüqar Van: Rəşad, salam. Söhbətimizi razılaşdırandan sonra internetdə axtardım, gördüm, axırıncı müsahibəmi üç il qabaq vermişəm. Nadir istisna hallarını çıxsaq, (bu müddətdə üç-dörd sayta müsahibə verməkdən imtina etmişəm) üç ildir müsahibə verməməyimin əsas səbəbi budur ki, müsahibə alan yoxdur. Açığı, bu vəziyyətdən çox razıyam, danışmaqdan,...

Tale hara aparsa – Adil Əsgərovun şeiri
Yazı

Tale hara aparsa – Adil Əsgərovun şeiri

Paradiqma Adil Əsgərovun “Tale hara aparsa” şeirini təqdim edir. Bəlkə də görsəm səni tanımaram, düzü mən Yüz il keçər hardasa o ayrılıq günündən Həmin gün Ay tutuldu, bir də günəş doğmadı İndi səni xatırladan hər şey mənə doğmadı Sən gedəndən pişiyimiz bir tikə də yemədi Aparmışdım baytara, o da nəsə bilmədi Hərdən qapıya çıxıb gəlməyini...

Tamaşa sivilizasiyası – Mario Varqas Lyosa
Yazı

Tamaşa sivilizasiyası – Mario Varqas Lyosa

Paradiqma Mario Varqas Lyosanın “Tamaşa sivilizasiyası” essesini təqdim edir. Nyu-Yorka maliyyə böhranını işıqlandırmaq məqsədilə göndərilmiş “El Pais” qəzetinin müxbiri Klaudio Peres 19 sentyabr 2008-ci il tarixli məqaləsində yazır: “Nyu-York tabloid qəzetlərinin müxbirləri ən böyük bankların ofisi yerləşən azman göydələnlərin birindən özünü atmağa hazırlaşan bir broker tapmaq üçün əldən-ayaqdan gedir – maliyyə qasırğasının xarabalığa çevirdiyi yerdəki sınıq-salxaq...

Sənətçi əzabdan azad olaraq da böyük sənət yarada bilər?
Yazı

Sənətçi əzabdan azad olaraq da böyük sənət yarada bilər?

Paradiqma Türkan Nağıyevanın “Ağrı estetika ola bilərmi?” adlı yazısını təqdim edir.“Sənət adamları daim əzab çəkiblər, istər maddi, istər mənəvi əziyyət onları böyük sənətlər yaratmağa sövq edib”. – Eşitmisiniz bu mülahizələri? Mən çox eşitmişəm, müasir dövrümüzdə kifayət qədər insan “əzabdan doğulan sənət” məfhumunu müdafiə edir. Sənət hər dövrdə mövcud olub, lakin sənətçinin kim olduğu, necə yaşadığı...

Əkrəmvari – Vüqar Van
Yazı

Əkrəmvari – Vüqar Van

Paradiqma Vüqar Vanın  “Əkrəmvari” essesini təqdim edir. On birinci sinfin ədəbiyyat dərsliyində “Ən yeni dövr Azərbaycan ədəbiyyatı” adlı bölmə var idi. Keçən əsrin 50-ci illərindən günümüzə qədərki dövrü əhatə edən bu bölmədə görkəmli şair və yazıçıların hər biri haqqında bir abzaslıq məlumat verilirdi. “60-cılar nəsli” haqqında hissədə bir abzasda da Əkrəm Əylislidən söhbət açılırdı. Dərsdə...