Tag: Cavid Fərzəli

Ana Səhifə Cavid Fərzəli
Cavid Fərzəlinin şeiri
Yazı

Cavid Fərzəlinin şeiri

Gecə boyu şeh damlası üzünü soyuq daşa söykəyir. Hər səhər günəşdən yıxılmaq qorxusu çəkir, ovuclarımın uçurumunda. Kim bilir, hansı uçurum öldürür: barmaqlarımın arasında doğranmış hava, fotoşəkildə kəsik düşmüş çiyinlərim… Bilmirəm… Günəş gəzdiyi hər səhərin çiyinlərində qəbiristanlıq salır. Mənsə gecənin işıqlı gözlərində yuxumu axtarıram itmiş bir pəncərənin qırıqları arasında.

Tanrının dilinə susarsan – Vaqif Bayatlıya
Yazı

Tanrının dilinə susarsan – Vaqif Bayatlıya

Oxu saatı Vaqif Bayatlıya bir daxmaya işıq, bizdən iki göy üzü aralı, bir moruq gecəyə yaraşıq pəncərən. Sənə bir dərviş adı verdilər, bu dərviş ayaqyalın gəzir dünyanın ürəyi sınıq yollarında, çiyinlərində bir ağac ahı, ruhunda dar ağacının padşahı, gözlərindən asır bir məsum çiçəyi… göy üzü pambıq tarlasıdır, başında bir bəyaz arzu, zirinc ulduzları düşür gözlərinə,...