Yunanıstanın Andros adası sahillərində aparılan sualtı arxeoloji tədqiqatlar zamanı e.ə. V əsrin sonu – IV əsrin əvvəllərinə aid edilən qədim ticarət gəmisinin qalıqları aşkarlanıb. Sualtı arxeoloqlar gəminin yükü arasında təxminən 600–650 ticarət amforası müəyyənləşdiriblər. Tapıntının gəminin qədim Yunanıstan dünyasının müxtəlif bölgələri arasında ticarət əlaqələrində iştirak etdiyini göstərdiyi bildirilir. Arxeoloqlar yükün tərkibində ən azı üç müxtəlif tipli amfora...
Kateqoriya: Tarix
ABŞ rəssamlığının əfsanəsi Betye Saar vəfat edib
ABŞ-da afroamerikalı incəsənətin ən mühüm simalarından biri hesab olunan rəssam Betye Saar 99 yaşında vəfat edib. O, doğum gününə cəmi bir neçə gün qalmış Los-Ancelesdə dünyasını dəyişib. Məlumatı ailəsi və uzun illər əməkdaşlıq etdiyi qalereya təsdiqləyib. 1926-cı ildə Kaliforniyada anadan olan Betye Saar XX əsrin ikinci yarısında formalaşan Black Arts Movement hərəkatının aparıcı nümayəndələrindən biri idi. O, “assemblaj”...
İspaniyada 850 min illik kannibalizmə dair yeni sübutlar aşkarlandı
Paradiqma xəbər verir ki, İspaniyanın Atapuerka bölgəsində yerləşən Gran Dolina mağarasında aparılan son arxeoloji qazıntılar qədim insanların həyatına dair mühüm faktları üzə çıxarıb. Tədqiqatçılar təxminən 850 min il əvvələ aid olan və Homo antecessor növünə mənsub 24 yeni insan fosili aşkar ediblər. Araşdırmalar göstərir ki, tapılan sümüklərin üzərində daş alətlərlə kəsilmə, ətin sümükdən ayrılması və sümük iliyinin çıxarılması zamanı yaranan izlər...
Kristofer Nolanın 250 milyon dollarlıq epik layihəsi: “The Odyssey” filmi “Oskar”a iddialıdır
Paradiqma xəbər verir ki, müasir kinematoqrafiyanın ən nüfuzlu rejissorlarından biri olan Kristofer Nolanın səbirsizliklə gözlənilən yeni filmi “The Odyssey” iyulun 17-də dünya üzrə kinoteatrlarda nümayişə çıxacaq. Homerin ölməz eposu əsasında çəkilən ekran əsəri 2026-cı ilin ən irimiqyaslı və iddialı kino layihələrindən biri hesab olunur. Filmin istehsal büdcəsi 250 milyon dollar təşkil edir. Bu da tamaşaçılara yüksək texniki imkanlarla...
113 İl əvvəl aşkar edilmiş Məbədin sirri açıldı: Anadoluda ikinci Hekate Məbədi sənədləşdirildi
Türkiyənin İsparta vilayətinin Yalvaç rayonunda yerləşən Men Müqəddəs Ərazisində aparılan son tədqiqatlar nəticəsində, 113 il əvvəlki arxeoloji qazıntılar zamanı aşkar edilmiş və uzun illər Demeterə aid olduğu güman edilən məbədin əslində Hekateyə məxsus olduğu müəyyən edilib. İsparta vilayətinin Yalvaç rayonunda, dəniz səviyyəsindən 1600 metr yüksəklikdə yerləşən Gemen dağının zirvəsində, Ay tanrısı Menə həsr olunmuş qədim...
Qaranlığı parçalayan sevgi: Cəhalətə qarşı çiyin-çiyinə vuruşan Zərdabilər
Bu gün Azərbaycan publisisti, pedaqoq, maarifçi-demokrat, təbiətşünas və darvinist alim, “Əkinçi” qəzetinin redaktoru və Azərbaycan milli mətbuatının banisi Həsən bəy Zərdabinin doğum günüdür. Paradiqma Günel Mehrinin “Onlar belə sevirdilər – Zərdabilər” adlı araşdırma yazısını təqdim edir. Epiqraf: Deyirlər, hər güclü kişinin arxasında ağıllı bir qadın dayanır. Mən isə deyirəm, hər güclü kişinin arxasında ona ilham verən bir xanım dayanır. Bu, onun həyat...
Nəsibə Zeynalova: Səhnənin əbədi ulduzu
Hər bir böyük sənətkarın taleyinin kökündə sözün əsl mənasında dərin bir ruh, bütöv bir nəsil və zəngin bir miras dayanır. Azərbaycan professional teatrının banilərindən biri hesab edilən Cahangir Zeynalovun qızı kimi sənət dünyasına doğulan Nəsibə Zeynalovanın taleyi də bu baxımdan xüsusi simvolik məna daşıyırdı. Tacir olmasına baxmayaraq aktyorluq sənətini dərindən sevən və milli realist aktyor...
Hara çatdığını bilməyən dənizçi: Kolumb mirasının paradoksları
Kristofor Kolumb haqqında, demək olar ki, hər kəs onun Amerikanı kəşf etdiyini bilir. Lakin bu sadə ifadənin arxasında elə bir ömür gizlənir ki, insan onu oxuduqca tək bir fərdin belə bir taleyi yaşamasının mümkünlüyünə şübhə etməyə başlayır. Bu müstəsna taleyin real bir həyat hekayəsi, yoxsa əfsanə ilə gerçəkliyin qovuşduğu bir möcüzə olması isə böyük sual...
Semihhh , Semihh , Semih !!!
Paradiqma İbrahim Azizin “Türkiyə – Xorvatiya” yazısını təqdim edir. İnsan yaddaşı qəribə bir mexanizmdir. Bəzən dünən baş verən hadisələri asanlıqla unutduğumuz halda, uşaqlıq illərimizin bəzi anları zehnimizdə ən xırda detallarına qədər, sanki bir rəssam tablosu kimi həkk olunur. 2008-ci ilin iyun ayı mənim üçün sadəcə təqvimin saralmış bir yarpağı deyil, həm də uşaq qəlbimin ən böyük...
Əfsanələr və gerçəklər: Tağıyev haqqında bilinməyənlər
Azərbaycan tarixinin ən parlaq və təzadlı simalarından biri olan Hacı Zeynalabdin Tağıyevin həyatı, sadəcə bir milyonçunun bioqrafiyası deyil, bütöv bir millətin oyanış salnaməsidir. Gündəlik qazancını palçıq daşımaqla çıxaran sadə bir bənnanın imperiya miqyasında nüfuzlu bir sənayeçiyə çevrilməsi özlüyündə bir möcüzəyə bənzəyir. Onun adı və əməlləri hamıya məlum kimi görünsə də, tarixi sənədlərin dərinliklərində gizlənən, cəmiyyətlə...









