Tag: İbrahim Aziz

Ana Səhifə İbrahim Aziz
Plastik Azadlıq və qırılan güzgülər: Bir reklamın ifşa etdiyi reallıq
Yazı

Plastik Azadlıq və qırılan güzgülər: Bir reklamın ifşa etdiyi reallıq

Paradiqma İbrahim Azizin “Estetik Diktatura” adlı yazısını təqdim edir.Son günlər cəmiyyətdə ciddi qalmaqal və ictimai qınaq doğuran məlum reklam videosu haqqında, bir fəlsəfəçi kimi, fikirlərimi oxucularla bölüşmək istəyirəm. Modern dünyada neoliberal kapitalizmin də təkanı ilə “fast-food” mədəniyyətinin təsirindən kənarda qalan çox az şeyin olduğunu düşünürəm. Artıq növbə, sözün həqiqi mənasında, bədənlərimizə çatıb. Ətraf mühit bizə...

İntellektual cəsarət: Hər kəs tənqidi təfəkkürə möhtacdır (müsahibə)
Yazı

İntellektual cəsarət: Hər kəs tənqidi təfəkkürə möhtacdır (müsahibə)

Paradiqma İbrahim Azizin Koç universitetinin Fəlsəfə departamentinin assistent-professoru, filosof Damien Storey ilə müsahibəni təqdim edir. Oksford Universitetində həm oxumuş, həm də dərs demiş biri kimi və oranın atmosferini yaxından təcrübə etmiş bir filosof olaraq, bir insanın fəlsəfə ilə məşğul olması üçün hansı keyfiyyətləri zəruri hesab edirsiniz? Məsələn, kimsə dərin bir maraq hissinə, güclü məntiq qavrayışına, yoxsa tamamilə...

Uşaq necə insan olur? – Ailənin gücü və valideynin məsuliyyəti
Yazı

Uşaq necə insan olur? – Ailənin gücü və valideynin məsuliyyəti

Paradiqma İbrahim Azizin “Uşaq necə insan olur?” yazısını təqdim edir. Hər gün müxtəlif səbəblərdən – müharibə, xəstəlik, aclıq və ya digər faciələr – insanlar dünyadan köçür.Buna baxmayaraq, eyni şəkildə hər gün yüzlərlə, bəlkə də, minlərlə insan dünyaya gəlir. Bu qədər insana dünyada, yaxud dünyanın, həqiqətən, ehtiyacı varmı? Bir uşağı dünyaya gətirmək valideyn adını qazanmaq üçün...

İtirilmiş səmimiyyət – İbrahim Aziz
Yazı

İtirilmiş səmimiyyət – İbrahim Aziz

Paradiqma İbrahim Azizin “İtirilmiş səmimiyyət” yazısını təqdim edir. Mən burada müəyyən şeylər axtarıram. Əslində, hamımız nə isə axtarırıq və biz onun adını bəzən qoyur, bəzən isə qoymuruq. Bu, çox vaxt bilmədiyimiz bir şey, üstəlik, əskikliyini hiss etdiyimiz bir məfhum olur. Axtardığımız şeyləri isə məhz suallar verərək tapmaq ehtimalımız daha yüksəkdir. Bu səmimiyyət məhz kiminlə yaranır?...

“Hegelin üzünə tüpürək” – Müsahibə (II hissə)
Yazı

“Hegelin üzünə tüpürək” – Müsahibə (II hissə)

Paradiqma.az İbrahim Azizin Anadolu Universitetinin professoru, filosof və müasir rəqqas Demet Kurtoğlu Taşdelen ilə müsahibəsini təqdim edir. Klassik tərifləri bir kənara qoysaq, fəlsəfə sizin üçün nə deməkdir? Hər kəs həyata və fəlsəfəyə öz pəncərəsindən baxır; bu baxımdan, öz həyatınızda fəlsəfənin yerini və vacibliyini ən yaxşı izah edən əsas amil nədir? Fəlsəfə mənə həyatla münasibətlərimi dönə-dönə yenidən...

Öz klinikasında kütləvi qətliam törədən “Ölüm həkimi”
Yazı

Öz klinikasında kütləvi qətliam törədən “Ölüm həkimi”

Paradiqma.az İbrahim Azizin “Ölüm həkimi” adlı yazısını təqdim edir. Həyatımızın ən kövrək, özümüzü ən çarəsiz hiss etdiyimiz anlarında biz, əksər hallarda, ağxalatlı xilaskarlara sığınırıq. Onlara sadəcə bədənimizi deyil, həm də varlığımızı və gələcəyimizi etibar edirik. Bəs bu qeyd-şərtsiz, mütləq etibar, əslində, bizim ən böyük korluğumuzdursa? Haqqında bəhs edəcəyim bu xarizmatik ağsaqqal dünya tarixinə “Ölüm həkimi”...

Filosof Ömər Aygün: “Mükəmməliyyətçilik uğursuzluğa dözümsüzlüyün və tənbəlliyin ən hiyləgər maskasıdır” – Müsahibə
Yazı

Filosof Ömər Aygün: “Mükəmməliyyətçilik uğursuzluğa dözümsüzlüyün və tənbəlliyin ən hiyləgər maskasıdır” – Müsahibə

Paradiqma.az İbrahim Azizin Qalatasaray Universitetinin dosenti, fəlsəfə elmləri doktoru, filosof Ömər Aygünlə müsahibəsini təqdim edir. – Fəlsəfi təfəkkür sahəsinə yönəlməyinizdəki əsas sövqedici qüvvə nə idi – bu sizin üçün sırf intellektual maraq mahiyyəti daşıyırdı, yoxsa ekzistensial bir zərurət idi? – Zənnimcə, hər şeyin təməlində uşaqlığımda insanları xoşbəxt etmək, əyləndirmək, heyran etmək, ovsunlamaq meylim vardı (bu...