Cavid Fərzəlinin şeiri

Cavid Fərzəlinin şeiri

Gecə boyu şeh damlası
üzünü soyuq daşa söykəyir.

Hər səhər günəşdən yıxılmaq qorxusu çəkir,
ovuclarımın uçurumunda.

Kim bilir, hansı uçurum öldürür:

barmaqlarımın arasında doğranmış hava,

fotoşəkildə kəsik düşmüş çiyinlərim…

Bilmirəm…

Günəş gəzdiyi hər səhərin çiyinlərində qəbiristanlıq salır.

Mənsə gecənin işıqlı gözlərində

yuxumu axtarıram

itmiş bir pəncərənin qırıqları arasında.

Paradiqma

Paradiqma