Polad konstruksiyalar haqqında yeni kitab nəşr olunub

Polad konstruksiyalar haqqında yeni kitab nəşr olunub

Azərbaycanda polad konstruksiyalar sahəsinə həsr olunmuş yeni elmi-texniki kitab işıq üzü görüb.

İnşaat mühəndisi Elcan İbrahimovun müəllifi olduğu “Polad konstruksiyalar: Səssiz güc” kitabı polad konstruksiyaların mühəndislik prinsiplərini və texniki hesablamalarını daha anlaşıqlı dildə təqdim etməyi hədəfləyir.

“Poladın gücü elmdən doğur” prinsipi əsasında hazırlanan nəşrdə mürəkkəb mühəndislik hesablamaları sadə və anlaşıqlı şəkildə izah olunur. Kitab inşaat mühəndisləri, layihəçilər və bu sahə üzrə təhsil alan tələbələr üçün nəzərdə tutulub.

Nəşrin əsas məqsədlərindən biri Azərbaycanda polad konstruksiyalar sahəsində Azərbaycan dilində texniki ədəbiyyatın məhdudluğunun aradan qaldırılmasına töhfə verməkdir.

“Kosmo” nəşriyyatında çap olunan kitabın rəyçiləri Azərbaycan Respublikasının əməkdar mühəndisi, texnika elmləri üzrə fəlsəfə doktoru, professor Lətif Zeynalov, texnika elmləri üzrə fəlsəfə doktoru, dosent Dilqəm Mahmudov və Azərbaycan Respublikası Hesablama Palatasının eksperti Nazim Qurbanovdur.

Paradiqma

Paradiqma