Paradiqma İbrahim Azizin “İtirilmiş səmimiyyət” yazısını təqdim edir. Mən burada müəyyən şeylər axtarıram. Əslində, hamımız nə isə axtarırıq və biz onun adını bəzən qoyur, bəzən isə qoymuruq. Bu, çox vaxt bilmədiyimiz bir şey, üstəlik, əskikliyini hiss etdiyimiz bir məfhum olur. Axtardığımız şeyləri isə məhz suallar verərək tapmaq ehtimalımız daha yüksəkdir. Bu səmimiyyət məhz kiminlə yaranır?...
