Paradiqma Cavid Fərzəlinin Günel Mehriyə ithaf etdiyi şeirini təqdim edir. Səhər qapısı bəyaz bir səs doğularsan, Saat əqrəblərinin gümüşü soyuğunda Alatoranın ovucları oyanar qurğuşun yuxusundan… Hər şey yerli-yerində, Stulun söykənəcəyində çiyinləri baharlı pencək, Masada həsrətlə dolu bardaq. Sənubər ağacının altında Navalçadan köhnə günəş düşər Məxmər kölgələrin üstünə… Günahkar küləklər dolanar boynuna, Taleyin yaxasında əllərin düymə-düymə...

