Corc Kluni və Ellen Börstin Venesiya Film Festivalının fəxri Qızıl Şir mükafatına layiq görülüblər

Corc Kluni və Ellen Börstin Venesiya Film Festivalının fəxri Qızıl Şir mükafatına layiq görülüblər

Amerikalı aktyor və rejissor Corc Kluni (George Clooney) ilə tanınmış aktrisa Ellen Börstin (Ellen Burstyn) 83-cü Venesiya Beynəlxalq Film Festivalında kino sənətinə verdikləri töhfələrə görə fəxri Qızıl Şir mükafatına layiq görülüblər.

Festivalın təşkilatçılarının qərarına əsasən, hər iki sənətçiyə “Ömür Boyu Müvəffəqiyyət” Qızıl Şiri təqdim olunacaq. Corc Kluninin mükafatlandırılması festivalın 2 sentyabrda keçiriləcək açılış mərasimində baş tutacaq. Ellen Börstinə isə fəxri Qızıl Şir Meggi Gyllenhaalın “Flesh Impact” adlı filminin nümayişi ilə əlaqədar təqdim ediləcək.

Kluni aktyor fəaliyyəti ilə yanaşı, rejissor və prodüser kimi də uzunmüddətli karyeraya sahibdir. O, “Good Night, and Good Luck.”, “The Ides of March” və “Suburbicon” kimi filmlərə rejissorluq edib, “Syriana” filmindəki roluna görə isə “Ən yaxşı ikinci plan aktyoru” nominasiyasında “Oskar” qazanıb.

Ellen Börstin isə yarım əsrdən artıq davam edən karyerası ərzində çoxsaylı mühüm ekran obrazları yaradıb. Aktrisa “Alice Doesn’t Live Here Anymore” filmindəki roluna görə “Ən yaxşı qadın aktyor” nominasiyasında “Oskar”mükafatına layiq görülüb. O, həmçinin “The Exorcist”, “The Last Picture Show” və “Interstellar” filmlərindəki rolları ilə tanınır.

83-cü Venesiya Film Festivalı 2–12 sentyabr 2026-cı il tarixlərində İtaliyanın Venesiya şəhərində keçiriləcək.

Mənbə: La Biennale di Venezia, ANSA.

Paradiqma

Paradiqma