ÇE GEVARANIN ALEİDA MARÇLA TANIŞLIĞI: “GƏL, DÖYÜŞƏ GEDİRİK!”

ÇE GEVARANIN ALEİDA MARÇLA TANIŞLIĞI: “GƏL, DÖYÜŞƏ GEDİRİK!”

1958-ci il. Kuba. Vətəndaş müharibəsi gedir, inqilabın yaxınlaşdığı artıq hiss olunur. İyirmi dörd yaşlı kubalı inqilabçı müəllim Aleida Març könüllü olaraq Çe Gevaranın döyüşdüyü dağlara yollanır. Özü ilə çatdırmalı olduğu bir qədər pul da aparır.

Pulları bədəninə yapışqan lentlə bərkidib. Çe Gevaranın yanına çatanda lentləri aça bilməyən Aleida ondan kömək istəyir. İllər sonra Çe Gevara Aleidaya yazdığı məktubda həmin anı xatırlayır: lentləri çıxararkən onun qıcıqlanmış dərisini gördükdə nə hiss etdiyini, necə çaşqınlıq keçirdiyini yazır. Aleida düşərgədə qalır və gerillalara tibb bacısı kimi kömək etməyə başlayır.

Bir gün yol kənarında çantası ilə oturub dincələndə Çe Gevara cipində gəlib onun qarşısında dayanır və deyir: “Gəl, maşına min, döyüşə gedirik!”

Aleida maşına minir və birlikdə yola düşürlər. “Həmin gün mindim, bir daha o cipdən düşmədim”, – deyə Aleida xatırlayır. Bundan sonra birlikdə döyüşür, birlikdə mübarizə aparırlar. 1959-cu il yanvarın 1-də diktator Batista təyyarə ilə Dominikan Respublikasına qaçır. Elə həmin gün Çe Gevara Aleidaya evlilik təklif edir.

Onlar 1959-cu il iyunun 2-də evlənirlər.

Çe Gevara 1967-ci ildə öldürülür. Aleida isə hələ də yaşayır. Çe Gevaradan olan dörd övladı ilə birlikdə.

Mənbə: Cin Aynası – Ercan Kesal

Paradiqma

Paradiqma