Paradiqma Zəhra Əkrəmin şeirlərini təqdim edir. Gəlməsəydin dünyama Günəş doğmazdı bəlkə, Yaradan həyatıma hədiyyə etdi səni. Bayram nəğməsi çalır dünyadakı hər ölkə, Dodağın qonduranda yanağıma busəni. Sən necə möcüzəsən! Heç cürə ağlım almır. Ağlım bircə an belə səndən uzaqda qalmır. Bu viranə həyatda sənsiz yaşamaq olmur. Nə olar, varlığından məhrum eyləmə məni. Röyana sarılıram, xəyalını...
