Paradiqma Orxan Saffarinin “Mərcan xala və polipləri” hekayəsini təqdim edir. Anamın ayaqqabı qutusuna yığdığı şəkilləri qarabaşağ kimi stolun üstünə töküb, arıtlayırdım. Daha doğrusu, öz uşaqlıq şəkillərimi axtarırdım. Amma heç nə tapa bilmədim. Yəni, tapdım, di gəl, tapmasam da olardı. Lap bu şəkillərdəki bəzi adamlar kimi. Mövcuddular, amma olmasalar da olardı… Körpəlikdən bu yana cəmi iki...
Tag: Hekayə
“Fərqanə” – Rafiq Tağının hekayəsi
Hər yеrdən küləyin səsi еşidilir. Qulаqlаrımızа qum dоlur. Hərdən külək Fərqаnənin pаltаrını yuхаrı qаldırır və оndа qаrаbuğdаyı, dоlu qıçlаrı görünür. Çimərliyin qumu bəzi yеrlərdə nəmdir. Dаlğаlаr güclü оlduğundаn, sаhilə iri bаlıqlаr kimi аtılır və хеyli vахt diri qаlır. – Külək də bizi gördü… – dеyə Fərqаnə üzünü turşudur. Mən də buludlu göydə günəbахаn kimi sаrаlаn...
Keçmişlə gələcəyin qovuşduğu yer – Zaman Piriyevin hekayəsi
Paradiqma Zaman Piriyevin “A… U… O…” adlı hekayəsini təqdim edir. Professor Marr artıq bir aya yaxın idi Frankfurt Universitet xəstəxanasında müalicə olunurdu. Mən və Merlin hər həftənin şənbə günü onu yoxlamaq üçün yanına gəlirdik. O, həm bizim elmi rəhbərimiz, həm də anlamadığımız bir çox şeyləri soruşa biləcəyimiz müdrik bir insan idi. Şərq mistizmi, dinlər tarixi,...
Balıq Gülüşü – Mübariz Örənin hekayəsi
Paradiqma Mübariz Örənin “Balıq Gülüşü” hekayəsini təqdim edir. Yaşını soruşsan, bir əlini tam açardı, o birinin bir barmağını… Oyanıb mat tavana baxırdı. Yatıb yorulmuşdu sanki, əlini qaldırıb tərli başının üstə hərlənən milçəyi qovmağa ərinirdi. Belinin altı istidən alışıb yanırdı, – bədəni diricə su – sanki dünyanın bütün istisi belinin altında idi. Sıçrayıb qalxdı, bir topa...
Babamın dişi – İkinci Mahmudun hekayəsi
Bu gün mərhum yazar İkinci Mahmudun anım günüdür. Paradiqma onun “Babamın dişi” hekayəsini təqdim edir. (Babam Ağakişioğlu Mahmudun və RezoÇxeidzenin əziz xatirəsinə ithaf edirəm…) Babam iliyinə qədər kommunist idi və son nəfəsinədək öz ideyalarına sadiq qaldı. Bir də görürdün, əlini əlinə vurub kiminsə qarasınca deyinir: “Sən bunların xoruzlanmaqlarına bax! Bu gədə-güdələr, Stalini özü bir yana,...
Yadplanetli – Günel Mehrinin hekayəsi
Paradiqma Günel Mehrinin “Yadplanetli” hekayəsini təqdim edir. Dolunay idi. Günayın yuxusu yenə ərşə çəkilmişdi. Lampa işığında güzgüdəki əksinə baxırdı. Gah saçlarını qarışdırıb, gah gülümsəyib, gah ciddi dayanıb çilli sir-sifətinə, qısa, cod saçlarına, sarımtıl dişlərinə, donqar burnuna, göy damarlarla çevrələnmiş ifadəsiz gözlərinə, dümdüz, arıq bədəninə ilk dəfə görürmüş kimi bir də, bir də zilləndi. Əslində güzgüləri...





