Yaşlı, qoca, ahıl adamlar deyinirlər ki, dünya çempionatı artıq əvvəlki dünya çempionatı deyil. Bu deyinməyi, indiki dünya çempionatından narazı qalmağı qoca adamlara xas tipik nostalgiya adlandırmaq olar. Özü də lap asanlıqla. Lakin onlar, qocalar heç cürə dinc, kirmişcə dayanmırlar. Fikirlərini belə əsaslandırırlar: əvvəllər dünya çempionatında müxtəlif futbol mədəniyyətləri, oyun üslubları qarşı-qarşıya gəlirdi, bir meydanda toqquşurdu. Hər...
