Paradiqma Mario Varqas Lyosanın “Tamaşa sivilizasiyası” essesini təqdim edir. Nyu-Yorka maliyyə böhranını işıqlandırmaq məqsədilə göndərilmiş “El Pais” qəzetinin müxbiri Klaudio Peres 19 sentyabr 2008-ci il tarixli məqaləsində yazır: “Nyu-York tabloid qəzetlərinin müxbirləri ən böyük bankların ofisi yerləşən azman göydələnlərin birindən özünü atmağa hazırlaşan bir broker tapmaq üçün əldən-ayaqdan gedir – maliyyə qasırğasının xarabalığa çevirdiyi yerdəki sınıq-salxaq...
