Paradiqma Akif Səmədin “Dünya sənin nəyindir ki?” şeirini təqdim edir.
Ömrün boyu umdun küsdün, Dünya sənin nəyindi ki? Arxasınca asdın-kəsdin, Dünya sənin nəyindi ki? Yan, oduna yanan deyil Bir dərdini qanan deyil Atan deyil, anan deyil Dünya sənin nəyindi ki? İşi yoxdur xannan, bəynən, Gəlmə, gəldin üzmək öyrən, Verdiyinə sağ ol deynən, Dünya sənin nəyindi ki? Dağlarda qara bax oğlan Qəlbimdə yara bax oğlan Ağlama qarabığ oğlan Dünya sənin nəyindi ki?
