Enerjinizi sovuran 7 İnsan tipi

Enerjinizi sovuran 7 İnsan tipi

Toksik insanlar enerjinizi sovuran, sizi daim müdafiə olunmağa və ya özünüzü təqsirli hiss etməyə vadar edən şəxslərdir.

Budur, ən çox rast gəlinən toksik insan növləri:

  1. Enerji Vampirləri
    Onlar daim şikayətlənir, hər hadisədə bir məzlumluq (qurban statusu) tapır və yanlarından ayrıldıqda özünüzü fiziki cəhətdən yorğun hiss edirsiniz. Onlara görə, dünya hər zaman onlara qarşıdır.
  2. Daim mühakimə edənlər
    Onlar qurucu olmaq əvəzinə, dağıdıcı tənqidlər edirlər. Uğurlarınızı kiçildir, səhvlərinizi isə diqqətlə izləyirlər. Sizi yetərsiz hiss etdirməkdən qidalanır və bundan zövq alırlar.
  3. Narsistlər
    Dünya yalnız onların ətrafında fırlanır. Empatiya qurmaq bacarıqları yoxdur. Hər bir söhbəti öz uğurlarına və ya dərdlərinə bağlayırlar; sizin nə hiss etdiyinizin isə heç bir əhəmiyyəti yoxdur. Problem yaşadıqda mövzunu elə təhrif edirlər ki, sizi özünüzdən şübhə etməyə məcbur edirlər. Başqalarını da öz məzlumluqlarına (qurban olduqlarına) inandırırlar.
  4. Passiv-Aqressivlər
    Öz duyğularını birbaşa bildirmək əvəzinə, işarələrlə, küsməklə və ya “zarafat etdim” deyərək iynəli sözlərlə əhvalınızı pozurlar. Sizə birbaşa demədikləri problemlərini məzlum roluna girərək başqalarına danışır və özlərinə tərəfdar toplayırlar. Onlarla açıq bir ünsiyyət qurmaq qeyri-mümkündür.
  5. Qeybət Həvəskarları
    Onlar başqalarının bədbəxtliyindən və ya səhvlərindən qidalanırlar. Çox asanlıqla mühakimə yürüdürlər. Sizin yanınızda başqasının qeybətini edən birinin, başqasının yanında da sizin qeybətinizi etdiyindən əmin ola bilərsiniz.
  6. Nəzarət dəliləri
    Onlar həyatınızdakı hər bir qərara müdaxilə etmək istəyirlər. Onların istədiyi kimi davranmadıqda isə sizi təqsirkarlıq duyğusu ilə manipulyasiya edirlər. Sərhədlərinizə hörmət qoymurlar.
  7. Fəlakət Carçıları
    Onlar hər bir şad xəbərin içində bir mənfilik tapırlar. “Bəli, amma…” deyə başlayan cümlələrlə həvəsinizi söndürür, motivasiyanızı yerlə-yeksan edirlər.
Paradiqma

Paradiqma