Bəzən özümü çox, lap çox axmaq hiss edirəm. Amma axmaq olsaydım, tanıdığım kişilərdən biri ilə xoşbəxt olmazdımmi? Yoxsa xoşbəxt ola bilməməyim elə axmaqlığımdandır? Bunu anlamaq çox çətindir. Riçardın izlərini siləcək birinin həsrətini çəkirəm. Buna layiqəm, elə deyilmi? Birlikdə yaşaya biləcəyim, alov-alov yanan bir sevgiyə layiqəm. İlahi, yemək bişirməyi, evi-eşiyi idarə etməyi, danışmaq, gəzmək, işləmək və...
