Paradiqma Mirbağır İsmayılovun “Yanan işıqlar” adlı yazısını təqdim edir. Ədəbiyyat insanlarının kino haqqında yazı və fikirlərinə tez-tez rast gəldiyim üçün yox, bu yazıların əksəriyyətinin ya materialın banal təsvirindən, ya da daha öncəki fikirlərin təkrar-təkrar bütün filmlərə də yaxıldığını gördüyümdəndir, yəqin, belə yazıları ciddiyə almamağı tövsiyə etmişəm hər dəfə. Maraqlı istisnaların var olduğunu və bu istisnaların...

