Paradiqma Orxan Saffarinin “Mərcan xala və polipləri” hekayəsini təqdim edir. Anamın ayaqqabı qutusuna yığdığı şəkilləri qarabaşağ kimi stolun üstünə töküb, arıtlayırdım. Daha doğrusu, öz uşaqlıq şəkillərimi axtarırdım. Amma heç nə tapa bilmədim. Yəni, tapdım, di gəl, tapmasam da olardı. Lap bu şəkillərdəki bəzi adamlar kimi. Mövcuddular, amma olmasalar da olardı… Körpəlikdən bu yana cəmi iki...
