Bəşəriyyətin Aya qayıdışında yeni mərhələ: “Artemis II” missiyası uğurla yekunlaşdı

Bəşəriyyətin Aya qayıdışında yeni mərhələ: “Artemis II” missiyası uğurla yekunlaşdı

Paradiqma.az xəbər verir ki, bəşəriyyətin dərin kosmos kəşfiyyatında növbəti böyük addım olan “Artemis II” missiyası uğurla başa çatdı.

Aya doğru həyata keçirilən tarixi səyahətdən sonra gəmidəki astronavtlar son manevrləri tamamlayaraq Yer kürəsinə sağ-salamat qayıtdılar. Təxminən əlli illik fasilədən sonra insanların kosmosun bu qədər dərinliklərinə nüfuz etməsi, gələcək qlobal layihələr üçün mühüm bir təməl hesab olunur.

Bu missiya xüsusilə “Artemis III” (və ondan sonrakı mərhələlər) üçün həlledici rol oynayır. Uçuş zamanı əldə edilən məlumatlar dərin kosmos şəraitinin – radiasiya və mikrokravitasiyanın astronavtların sümüklərinə, əzələ sisteminə və koqnitiv funksiyalarına göstərdiyi təsirləri anlamağa imkan verəcək. Beləliklə, alimlər gələcəkdə daha uzaq və uzunmüddətli kosmik səyahətlərin risklərini daha dərindən analiz edəcəklər.

Paradiqma

Paradiqma